...

Dünyanın müxtəlif ölkələrində Cənubi Azərbaycana dəstək olaraq aksiyalar keçirilib

Cəmiyyət Materials 30 May 2006 17:08 (UTC +04:00)

İranda azərbaycanlıların keçirdikləri etiraz aksiyaların dəstək olaraq dünyanın bir çox ölkələrində soydaşlarımızın aksiyaları keçirilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) Trend ə verilən məlumata görə, Stokholm, Ankara, Maynz, Brüssel və başqa şəhərlərdə kütləvi aksiyalar keçirilib.

Stokholmda keçirilən aksiyada İsveçdə yaşayan azərbaycanlılar iştirak edib, Cənubi Azərbaycana dəstək şüarları səsləndirilib. Aksiyada ingilis, İsveç və Azərbaycan dilində qətnamə oxunub. Bildirilib ki, Cənubi Azərbaycanda xalqımızın istəkləri həyata keçənə qədər belə nümayişlər davam edəcək.

Türkiyədə azərbaycanlı soydaşlarımız İstanbul, Konya, Ankara və başqa şəhərlərdən paytaxta gələrək "Qu quşu Parkı"nda toplanıb İran səfirliyinə qədər yürüş-mitinq keçiriblər. Quzey ve güneyli soydaşlarımız "Azərbaycanlılara özgürlük", "Ya istiqlal - ya ölüm", "Şəhidlərimizin intiqamını alacağıq", "Azərbaycan bir olsun, başkənti Təbriz olsun" və başqa bu kimi şüarlar səsləndiriblər. Səfirliyin önündə aksiyanın qətnaməsi oxunub, səfirliyin qarşısına qara çələnc qoyulub.

Almaniyanin Maynz şəhərində Frankfurt Azərbaycan-Alman Kültür ocaği və Maynz Azərbaycan Alman dostluq cəmiyyəti birgə çoxsayli mitinqlər təşkil edib. Mitinqdə 28 May Azərbaycan Cümhuriyyətinin quruluş günü və Güney Azərbaycanda son günlər azərbaycanlılara qarşı İran rejiminin törətdiyi cinayətlərdən danışılıb. Mitinqin sonunda aksiya iştirakçıları öz bəyanatlarını oxuyublar. Qeyd edək ki, azərbaycanlı tələbələr Tehranda İran Məclisi (parlamenti) qarşısında mitinq keçiriblər. Özel polis qüvvələri tərəfindən aksiyanın dağıdılması zamanı tələbələrdən 200-dən çoxunun tutulduğu bildirilir. Tələbələr əllərində türkdilli plakarlarla İranda azəri türkcəsinin rəsmi dil elan olunmasını, tutulanların azadlığa buraxılmasını və türkcə 24 saatlık özəl TI-nin yaradılmasını tələb ediblər.

Qeyd edək ki, azərbaycanlı tələbələr Tehranda İran Məclisi (parlamenti) qarşısında mitinq keçiriblər. Polis qüvvələri tərəfindən aksiyanın dağıdılması zamanı tələbələrdən 200-dən çoxunun tutulduğu bildirilir. Tələbələr əllərində türkdilli plakarlarla İranda azəri türkcəsinin rəsmi dil elan olunmasını, tutulanların azadlığa buraxılmasını və türkcə 24 saatlık özəl TI yaradılmasını tələb ediblər.

Xəbər lenti

Xəbər lenti