...

Anatoliy Nakoneçnı: "Biz ikiraundlu görüşün yalnız birinci taymını qazanmışıq"

Cəmiyyət Materials 19 İyun 2006 16:27 (UTC +04:00)

"Biz İmişlidə "Tiraspol"a qalib gələrək ikiraundlu yarışın yalnız birinci taymını qazanmışıq". Bunu Trend ə "MKT-Araz"ın baş məşqçisi Anatoliy Nakoneçnı bildirib. O, İntertoto Kubokunun birinci matçının nəticələrini şərh edirdi ki, burada onun oyunçuları 1:0 hesabı ilə qalib gəlib.

Məşqçi futbolçuların oyunundan razı qalıb. "Komanda yaxşı başa düşür ki, cavab oyununda məqbul nəticə əldə etmək asan olmayacaq, lakin klub daha uzağa getmək niyyətindədir. Buna görə "Tiraspol" ilə təkrar görüşün bizim üçün böyük əhəmiyyəti var" -deyə mütəxəssis vurğulayıb.

Qeyd etmək lazımdır ki, İntertoto Kubokunun ikinci raundunda çütlüyün qalibi Polşanın "Lex" klubu ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti