...

Bakıda "Azərbaycan səhiyyə əlaqələrinin inkişafında irəliləyir" mövzusunda iki həftəlik seminar başlayıb

Cəmiyyət Materials 27 İyun 2006 17:10 (UTC +04:00)

İyunun 27-də Bakıda "Azərbaycan səhiyyə əlaqələrinin inkişafında irəliləyir" mövzusuna həsr olunmuş iki həftəlik seminar başlayıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə təşkil olunub və seminarda Con Hopkins Blumberq kollecinin İctimai Sağlamlıq və Ünsiyyət Proqramlar Mərkəzinin ekspertləri iştirak edəcək.

Seminarların təşkilatçıları Beynəlxalq Tibb Korpusu və USAİD-in "Start" Təlim Proqramıdır. Tədbir çərçivəsində səhiyyənin stimullaşdırılması sahəsində strateji proqramların yeni inkişaf metodları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti