...

Gürcüstan azərbaycanlılarının problemləri İordaniya və Misirdə müzakirə olunacaq

Cəmiyyət Materials 27 İyun 2006 18:54 (UTC +04:00)

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri İordaniya, Misir kimi müsəlman dövlətlərində də müzakirə olunacaq. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) prezidenti Daşqın Gülməmmədov məlumat verib.

O bildirib ki, GAMA prezidentinin xüsusi məsələlər üzrə müşaviri Abbas Muradxanlı Yaxın Şərq ölkələrində səfərdədir. Səfərdə məqsəd müsəlman dövlətlərinin diqqətini Gürcüstan Respublikasında yaşayan azərbaycanlıların, ümumilikdə müsəlmanların problemlərinə yönəltməkdir. Bu məqsədlə hazırda İordaniyada olan Abbas Muradxanlı ölkənin siyasi dairələrində görüşlər keçirəcək. O, yaxın zamanlarda yaradılması planlaşdırılan Gürcüstan Müsəlmanlarının Demokrat Partiyası barədə də məlumat verəcək və bu partiyanın müsəlman dövlətlərinin siyasi dairələri ilə gələcək əməkdaşlığı, əlaqələri barədə müzakirələr aparacaq. GAMA nümayəndəsi sonra Qahirədə və Küveytdə olacaq, orada da bu tipli görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti