Ali məktəblərdə çalışan müəllim və professor heyətinin əmək haqlarının artırılması ilə bağlı prezidentə müraciət ediləcək. Trend xəbər verir ki, bu barədə Milli Məclisin elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib.
Ş.Hacıyev bildirib ki, hazırda ali məktəblərdə 9 minə yaxın müəllim çalışır ki, onların da əmək haqlarının artırılması üçün dövlət büdcəsindən az vəsait tələb olunur. Komissiyanın sədri onu da vurğulayıb ki, bir sıra qanun layihələri üzərində işlər aparılır. Bu sıraya "Ali təhsil haqqında", "Ali təhsildən sonrakı təhsil haqqında", "Elm siyasəti haqqında", "Ümumiorta təhsil haqqında" qanun layihələri daxildir.
Onu da qeyd edək ki, artıq "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı işçi qrupu yaradılıb. Digər sənədlərin də payız sessiyasınadək müzakirə ediləcəyi planlaşdırılıb.