...

YUNİSEF Bakıda regional kurslar təşkil edir

Cəmiyyət Materials 7 İyul 2006 15:57 (UTC +04:00)

İyulun 10-dan 14-ə qədər Bakıda ana südü ilə qidalanma təcrübəsinin qorunması üzrə regional təlim kursları keçiriləcək. Bu barədə Trend ə YUNİSEF-in Bakı nümayəndəliyindən xəbər veriblər.

Kurslar Süni Qidalanma Məhsullarının Marketinqi barədə Beynəlxalq kodeksin həyata keçirilməsi çərçivəsində həyata keçiriləcək. Azərbaycan da Kodeksə qoşulmuş digər regional dövlətlər sırasındadır. Kursların keçirilməsində məqsəd Kodeksin həyata keçirilməsi istiqamətində hökümətin potensialının artırılmasıdır.

Kurslarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyə nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti