...

"Neftçi" Türkiyədə yoxlama oyunları seriyasını başa vurub

Cəmiyyət Materials 15 İyul 2006 13:05 (UTC +04:00)

"Neftçi" qarşıdakı futbol mövsümü ərəfəsində Türkiyədə yoxlama oyunları seriyasını başa vurub.

Komandanın mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə verdiyi məlumata görə, vətənə yola düşməzdən əvvəl sonuncu yoldaşlıq görüşündə Qurban Qurbanovun yetirmələri "Qazeantepspor"la qarşılaşıb. Görüş qonaqların bəzi ərazi və oyun üstünlüyü və heç-heçə (1:1) ilə başa çatıb. Yeri gəlmişkən, Birlik Kuboku sahiblərinin heyətində 2 mövsüm Yevlaxın "Karvan" klubunda çıxış etmiş forvard Fərrux İsmayılov fərqlənib.

S.Səfiyarlı onu da vurğulayıb ki, növbəti birinciliyin başlanmasına cəmi yarım ay qaldığını nəzərə alaraq, klub Azərbaycanda çempionata hazırlığı davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti