...

BMT ÜƏP-in Ermənistana humanitar yardımı 110 min nəfəri əhatə edir

Cəmiyyət Materials 28 İyul 2006 15:24 (UTC +04:00)

BMT Ümumdünya Ərzaq Proqramının Ermənistana humanitar yardımı 110 min nəfəri əhatə edir. Trend in xəbər verdiyi kimi, bu barədə Bakıda jurnalistlərə BMT ÜƏP-in icraçı direktoru Ceyms Morris məlumat verib.

Onun sözlərinə görə, onlar əhalinin ən yoxsul təbəqəsinə aiddir. "Ermənistanda təşkilatın humanitar yardımını 40 min yoxsul, 30 min məktəbli və 40 min işsiz alır", - deyə C.Morris bildirib.

Onun sözlərinə görə, Azərbaycanla müqayisədə təşkilatın Ermənistana yardımı böyük deyil və ilin sonunda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti