...

Azərbaycanlı şahmatçılar Əbu-Dabi festivalında qələbə qazanıb

Cəmiyyət Materials 22 Avqust 2006 15:52 (UTC +04:00)

Əbu-Dabidə keçirilən ənənəvi festival azərbaycanlı şahmatçıların qələbəsi ilə başa çatıb.

Trend xəbər verir ki, turnirdə qələbəni 9 turdan sonra 6,5 xal toplamış Vüqar Haşımov qeyd edib. Sonuncu oyun günündə isə o, eyni xala malik erməni Aşot Anastasyanla heç-heçə oynayıb. Ancaq yüksək əmsallara görə qalib adına V.Haşımov layiq görülüb.

Open-turnirdə isə qələbəni 7,5 xalla Erkin Qurbanzadə qeyd edib. Daha 3 şahmatçı da eyni göstəriciyə malik idi. Onlar arasında sonda 4-cü yerdə qərarlaşan Ülvi Bacarani də var idi. Ancaq uşaqlar arasında yarışda Ülvi qalib olub. Blits-turnirdə isə "gümüş" mükafatı qrossmeyster Rauf Məmmədov qazanıb.

Xəbər lenti

Xəbər lenti