...

Azərbaycan texnikumlarına qəbul imtahanlarının ikinci turunun tarixi müəyyən olunub

Cəmiyyət Materials 13 Sentyabr 2006 14:57 (UTC +04:00)

Sentyabrın 17-də Bakı və Naxçıvanda Azərbaycan texnikumlarına qəbul imtahanlarının II turu keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

Dövlət komissiyasından verilən xəbərə görə, imtahanların ikinci turunda 2664 abituriyent iştirak edəcək. Bu tur üçün ölkənin texnikumlarında 1080 yer ayrılıb. İmtahanların nəticələri TQDK-nın internet-saytında yerləşdiriləcək və "Abituriyent" jurnalının növbəti sayında dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti