...

Ombudsman aparatının əməkdaşları bir sıra rayon polis şöbələrinə və müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Cəmiyyət Materials 4 Oktyabr 2006 18:51 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə səlahiyyətli müvəkkili aparatının əməkdaşları Bakının bir sıra rayonlarındakı polis şöbələrinə və müvəqqəti saxlama təcridxanalarına baxış keçirib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Aparat nümayəndələri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, o cümlədən paytaxtın Nərimanov, Nizami, Binəqədi, Səbail, Sabunçu rayon polis şöbələrində olub.

Ombudsman aparatı əməkdaşları təcridxanalarda saxlanılan şəxslərlə görüşüb, onların saxlanılma şəraiti, kameraların, gəzinti yerlərinin vəziyyəti ilə tanış olub, dini ayinlərin icrası üçün ayrılmış otaqlara baxış keçirib və tövsiyələr verib. Baxışın nəticələri ölkənin Daxili İşlər Nazirliyinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti