...

Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Moskvada Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək

Cəmiyyət Materials 17 Oktyabr 2006 12:30 (UTC +04:00)

18 oktyabr Müstəqillik Günü ilə bağlı Moskva şəhərində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) gənclər təşkilatının təşəbüsü ilə tədbir keçiriləcək. Bu barədə Trend ə ÜAK-ın Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

O, bildirib ki, oktyabrın 20-də Moskvada Xalq Dostluğu Universitetində Azərbaycanın müstəqillik gününə həsr olunmuş sərgi, bayram konserti keçiriləcək. Həmin gün Universitetdə Azərbaycan iqtisadiyyatına, mədəniyyətinə dair sərgilər təşkil olunacaq, milli musiqimiz səslənəcək, milli mətbəximiz nümayiş etdiriləcək. İ.Hacıyevin sözlərinə görə, mərasimdə Rusiya hökuməti təmsilçilərinin, xarici diplomatların və azərbaycanlı və başqa xalqların tələbə gənclərinin iştirakı gözlənilir.

ÜAK nümayəndəsi bildirib ki, Müstəqillik Günü Azərbaycanın Rusiyadakı səfirliyində də qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti