...

Azərbaycan və Rusiyanın dini liderləri mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanmasının tərəfdarıdırlar

Cəmiyyət Materials 28 Oktyabr 2006 11:50 (UTC +04:00)

Azərbaycan və Rusiyanın dini liderləri yoldaşlıq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanmasının tərəfdarı olduqlarını təsdiq ediblər. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend ə verilən xəbərə görə, Qafqaz müsəlmanları idarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin və Moskva və bütün Rusiyanın patriarxı İkinci Aleksiyin görüşü Moskvada baş tutub.

Görüş zamanı Azərbaycan və Rusiyanın dini liderləri iki xalq arasında daha fəal qarşılıqlı münasibətə hazır olduqlarını qeyd edib, həm xristian və müsəlman icmalarının liderləri, həm də iki konfessiya arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu vurğulayıblar. QMİ başçısı əminliklə bildirib ki, dini liderlərin müntəzəm görüşləri iki xalqın dini yaxınlaşmasına, cəmiyyətdə sülh və dostluğun yaranmasına köməklik göstərəcək. A.Paşazadə həmçinin bu yay Moskvada keçirilən nüfuzlu dinlərarası forumu təşkil etdiyinə görə Moskva və bütün Rusiya patriarxına öz minnətdarlığını bildirib.

İkinci Aleksiy öz növbəsində qeyd edib ki, iki dini lider arasındakı dialoq qarşılıqlı anlaşma və əməkdaşlıq üçün müstəsna əhəmyyətə malikdir. O, dini liderlərin Moskva görüşünün keçirilməsində göstərdiyi köməyə görə A.Paşazadəyə təşəkkür edib və bu cür forumların gələcəkdə də keçirilməsinin zəruri olduğunu vurğulayıb. Tərəflər dinlərarası dialoqun inkişafı üçün sammitin müstəsna əhəmiyyətini qeyd edib və vurğulayıblar ki, keçirilən forum zamanı iş toplantıları və qarşılıqlı anlaşma atmosferində çoxsaylı qeyri-rəsmi görüşlər keçirilib. Söhbət zamanı həmçinin bölgənin ruhanilərinin və müxtəlif ölkələrdən olan qonaqların iştirakı ilə Dini liderlərin Beynəlxalq Konfransının keçirilməsi məsələsinə də toxunulub.

Xəbər lenti

Xəbər lenti