...

Bakıda "Ümumi türk keçmişindən ümumi türk gələcəyinə qədər" elmi konfrans keçiriləcək

Cəmiyyət Materials 30 Oktyabr 2006 17:51 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu noyabrın 1-dən 3-nə kimi "Ümumi türk keçmişindən ümumi türk gələcəyinə qədər" konfrans keçirəcək. Trend in AMEA-nın məlumatına istinadən xəbər verdiyi kimi, tədbirin keçirilməsində əsas məqsəd milli və mənəvi dəyərlərin qorunmasına, eləcə də ümumi mədəniyyətə malik xalqların əsrlər boyu yaratdıqları dəyərlərin bu günə qədər qorunub saxlanılmasına dair fikir mübadiləsi aparmaq, gələcək birləşmə prosesində dini-mədəni dayağın yaradılması işinə yardım etməkdır.

Konfrans proqramına 100-ə yaxın məruzə daxil edilib. Əvvəllər olduğu kimi, bu il də tədbirdə AMEA-nın humanitar institutları , AMEA Naxçıvan bölməsi, AMEA Şəki Elmi Mərkəzi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Dövlət Pedaqoji Universiteti, Qafqaz Universiteti və digər institutların mütəxəssisləri iştirak edəcəklər.

Konfransın işində Siriya, İran, Rusiya, Dağıstan, Tatarıstan, Kabardin-Balkar, Ukrayna, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdən 40-a yaxın nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti