Noyabrın 9-10-da Bakı şəhərində Azərbaycanın Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası ilə birgə "Konstitusiya Məhkəməsi ilə ümumi yuridiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr" mövzusunda beynəlxalq konfrans keçirəcək. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda Rusiya, Almaniya, Belçika Konstitusiya Məhkəmələrinin hakimləri, həmçinin Azərbaycan Prezident Aparatının, Milli Məclisin, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Həmçinin konfransda iştirak etmək üçün İtaliyanın Konstitusiya Məhkəməsinin sədri cənab Franko Bielin noyabrın 10-dan 12-dək Bakıya səfəri gözlənilir. Cənab Franko Bielin Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.