...

Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin xatirə lövhəsi açılıb

Cəmiyyət Materials 7 Noyabr 2006 15:42 (UTC +04:00)

Noyabrın 7-də Hücü Hacıyev küçəsində Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, bəstəkarın doğum gününə həsr olunmuş mərasim onun evinin yaxınlığında keçirilib.

Mərasimdə Azərbaycanın tanınmış bəstəkarları Arif Məlikov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Eldar Mansurov və başqaları iştirak edib. Çıxışlar zamanı Tofiq Quliyevin Azərbaycan musiqisinin formalaşması və inkişafına verdiyi əvəzsiz töhfələr qeyd olunub. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin ünvanına bəstəkarın 90 illiyi münasibətilə onun operettalarının tamaşaya qoyulmasına yardım etmək xahişi ilə müraciətlər səsləndirilib.

Qeyd edək ki, heykəltaraş Ömər Eldarovun işi olan xatirə lövhəsini bəstəkarın oğlu, kinorejissor Eldar Quliyev açıb.

Xəbər lenti

Xəbər lenti