...

Sərbəst güləş üzrə dünya çempionu Arif Abdullayev öz karyerasını başa vurub

Cəmiyyət Materials 11 Noyabr 2006 13:02 (UTC +04:00)

Sərbəst güləş üzrə 2003-cü il dünya çempionu Arif Abdullayev öz idmançı karyerasını başa vurub.

Azərbaycan yığmasının məşqçisi Vahid Məmmədovun Trend ə verdiyi xəbərə görə, məşhur pəhləvan beynəlxalq arenadakı çıxışına nöqtə qoyacaq və estafeti gənclərə ötürəcək. Bu il atlet bir neçə turnirdə çıxış edib, lakin indiki kondisiyaları ona yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verməyib. "Arif öz karyerasına nöqtə qoyub. Onun gedişi ilə 60 kq çəki kateqoriyasında bir qədər boşluq yaranıb, lakin bizim heyətlə eksperiment aparmaq üçün hələ vaxtımız olacaq", - deyə məşqçi qeyd edib.

Güman edilir ki, Arifin yerini silahlı qüvvələr arasında dünya çempionatının bürünc mükafatçısı Əsgərxan Novruzov tutacaq, lakin başqa variantlar da var.

Xəbər lenti

Xəbər lenti