...

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Latviyaya gedəcək

Cəmiyyət Materials 14 Noyabr 2006 17:28 (UTC +04:00)

Dekabrın 7-də Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Latviyaya səfəri planlaşdırılıb. Bu barədə Trend ə Konstitusiya Məhkəməsi Aparatından məlumat verilib.

F.Abdullayev Latviyanın Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək. Səfər çərçivəsində F.Abdullayevin bir sıra görüşləri də planlaşdırılıb. Səfər dekabrın 10-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Haqqında Qanunu hazırlanarkən Almaniyanın və Latviyanın konstitusiya məhkəmələri haqqında qanunlardakı müddəalardan istifadə olunub.

Xəbər lenti

Xəbər lenti