...

Bakının səkkiz orta məktəbinin direktoru vəzifədən azad edilib

Cəmiyyət Materials 15 Noyabr 2006 18:26 (UTC +04:00)

Bakı şəhərinin səkkiz orta məktəbinin direktorları işlərində pozuntulara yol verdiklərinə görə vəzifədən azad edilib. Nazirlikdən Trend -ə bildiriblər ki, müvafiq qərar Azərbaycan Təhsil Nazirliyinin Bakı üzrə Təhsil İdarəsi ilə birlikdə 42 paytaxt məktəbində yoxlanışdan sonra qəbul edilib.

Buraxılan pozuntular arasında təhsil prosesinə zəif nəzarət, şagirdlərin davamiyyətinin aşağı səviyyəsi kimi faktlar irəli sürülür. Nazirlik həmçinin 7 məktəbin direktoruna son xəbərdarlıqla ciddi töhmət, 10 məktəbin direktoruna isə töhmət və xəbərdarlıq verib.

Xəbər lenti

Xəbər lenti