...

Azərbaycanın yunan-roma komandası Tver turnirində 3-cü yeri tutub

Cəmiyyət Materials 28 Noyabr 2006 13:00 (UTC +04:00)

Azərbaycanın yunan-roma komandası Tverdə başa çatmış yeniyetmələr arasında beynəlxalq turnirdə 3-cü yeri tutub.

Trend in xəbər verdiyi kimi, ən yaxşı nəticəni Orxan Cabbarlı (42 kq) göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 46 kq çəki dərəcəsində Fərhad Aydınlı finala çıxsa da, həlledici görüşdə məğlub olub və ikinci yeri tutub. Tariel Məmmədov (46 kq), Fərid Ağayev (54 kq) və Zaur İslamzadə isə bürünc mükafata layiq görülüb. Nəticədə kollektiv ümumi komanda hesabında 3-cü yerdə qərarlaşıb.

Qeyd etmək lazımdır ki, yarışda respublikanı Mürsəl Qafarovun rəhbərlik etdiyi "Lokomotiv" İdman-Sağlamlıq Cəmiyyətinin güləşçiləri təmsil edib. Turnirdə Ukrayna, Belarus, Tacikistan və Rusiyadan 250 idmançı iştirak edib.

Xəbər lenti

Xəbər lenti