...

"Neftçi" futbol klubunun forvardı Branimir Subaşiç komandanı tərk edə bilər

Cəmiyyət Materials 20 Dekabr 2006 11:33 (UTC +04:00)

"Neftçi" futbol klubunun serbiyalı forvardı Branimir Subaşiç qış transfer dövründə komandanı tərk edə bilər.

Trend xəbər verir ki, AFFA tərəfindən legionerlərə limitin kəskinləşməsi ilə əlaqədar kollektivin snayperi keçən sezonda nadir hallarda meydanda görünüb və daha çox ehtiyat skamyasında əyləşib.

B.Subaşiçdən başqa "Nefiçi"də onun həmyerlisi Vladimir Miçiviç, bolqarıstanlı Svyatoslav Stefanov və Moldovadan Vadim Boretsin də olması nəzərə alınsa, hücumçunun "əsas" heyətdə sabit yer almaq şansı çox azdır, belə ki, komandanın start heyətində 3 xaricidən artıq futbolçu çıxış edə bilməz.

Həmçinin komanda bu yaxınlarda ön xətti "İnter"dən Samir Əliyevi qazanmaqla möhkəmləndirib. O, Fərrux İsmayılov və Nadir Nəbiyevlə hücum heyəti yarada bilər.

Xəbər lenti

Xəbər lenti