...

Azərbaycan Səhiyyə Nazirliyi qida məhsulları üzrə reydlər keçirib

Cəmiyyət Materials 27 Dekabr 2006 16:20 (UTC +04:00)

Dekabrın 1-dən 20-nə qədər Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Respublika Mərkəzi laborator müayinələr keçirib. Mərkəzə istinadən Trend xəbər verir ki, yoxlamalar 10 növ süd məhsulunun fiziki-kimyəvi göstəriciləri üzrə , eləcə də un məmulatları, alkoqolsuz içkilər, konserv, çay , kofe, şirniyyat məmulatları, duzun müayinəsi aparılıb. Yoxlamalar nəticəsində aşkar edilib ki, 12 nümunə fiziki-kimyəvi göstəricilərə cavab vermir.

65 növ məhsulun gigiyenik sertifikatlaşdırılması təmin edilib.

11 fiziki və hüquqi şəxs qida məhsullarının istehsal, saxlanılma, daşınma və satışı qaydalarının pozulması faktı ilə cərimə edilib. Sanitar-gigiyenik və sanitar-texniki normalara cavab verməyən 3 obyektın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Obyektlər Sabunçu və Suraxanı rayonalrı ərazisində yerləşir.

Cari dövrdə 36 qida zəhərlənməsi faktı olub ki, 40 nəfərə xəsarət dəyib, ölüm faktı olmayıb. Zəhərlənmənin səbəbləri aydınlaşdırılıb və zərər çəkmişlər lazımi tibbi yardım alıblar.

Xəbər lenti

Xəbər lenti