...

"Xəzər" futbol klubu BƏƏ-yə yollanıb

Cəmiyyət Materials 8 Yanvar 2007 15:04 (UTC +04:00)

"Xəzər" futbol klubu Dubaya yola düşüb, burada ölkə çempionatının ikinci dövrəsinə hazırlıq çərçivəsində təlim-məşq toplantıları keçirəcək.

Trend xəbər verir ki, BƏƏ-də ilk yoxlama görüşü lənkəranlılar yanvarın 13-də "Əl-Əhli" komandası ilə keçirəcək, dörd gün sonra isə Xarkovun "Metallist"i ilə görüşəcək.

Milli birincilikdə "qızıl"ın yeganə namizədi sayılan Azərbaycan çempionatının lideri qış fasiləsi zamanı iki dəfə Dubayda olancaq, burada 6 yoldaşlıq görüşü keçirəcək və elə işdə potensial yeni oyunçuları nəzərdən keçirəcək.

Xatırladaq ki, Milli birinciliyin birinci dövrəsindən sonra "Xəzər" ikinci sırada yer almış "MKT-Araz"dan 5 xal irəlidədir.

Xəbər lenti

Xəbər lenti