...

Yaxın günlərdə Azərbaycanda "Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" layihəsinin təsdiq ediləcəyi gözlənilir

Cəmiyyət Materials 13 Yanvar 2007 12:16 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycanda "Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" layihəsinin təsdiq ediləcəyi gözlənilir. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən bildiriblər. Dövlət Proqramı layihəsi texniki-peşə müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsini, məktəb binalarının əsaslı təmirini, yeni dərsliklərin hazırlanmasını, nəşrini, kompüter təminatı və sairəni nəzərdə tutur.

Nazirlikdən bildiriblər ki, Avropa İttifaqı Azərbaycanda texniki-peşə təhsilinin inkişaf etdirilməsi üçün 3 mln. vvro ayırıb. Aİ ilə danışıqlar keçən il aparılıb, bu ildən isə nazirlik İsmayıllı rayonunda ixtisas peşə məktəbinin yaradılmasına və dövlət standartlarının hazırlanmasına başlayır.

Nazirliyn məlumatına əsasən, Azərbaycanda texniki-peşə təhsilinin inkişafına yardım göstərmək məqsədilə Asiya İnkişaf Bankı 660 min dollar ayırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti