...

"AzərReyl" Çempionlar Liqasında pley-offda "Foppapedretti" komandası ilə görüşə bilər

Cəmiyyət Materials 17 Yanvar 2007 16:34 (UTC +04:00)

"AzərReyl" qadın voleybolçuları Çempionalar Liqasında Berqamodan olan "Foppapedretti" komandası ilə görüşə bilərlər.

Trend xəbər verir ki, qrup mərəhələlərinin nəticələrinə görə, Avropa kubokunun növbəti raundunun bütün iştirakçıları müəyyən olunub, bura "Kann", İsveçrənin "Volero", İstanbulun "Vaqifbank", Moskvanın "Dinamo", İspaniyanın "Tenerife" və "Otel Kantur", Polşanın "Kalitsiya" və digər kollektivlər daxil olub. Turnirdə kifayət qədər qeyri-bərabər oyun nümayiş etdirən Faiq Qarayevin yetirmələri güman ki, yarışın favoritlərindən biri ilə görüşəcəklər, nəzərə alsaq ki, onlar "S" qrupunda üçüncü yeri tutublar.

Qeyd edək ki, yanvarın 18-də püşkatma zamanı klub cütlükləri müəyyən edilməklə yanaşı, dördlüyün final görüşlərnin keçirilmə yeri də təyin ediləcək.

Xəbər lenti

Xəbər lenti