...

Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərov apellyasiya şikayətinə obyektiv baxılacağına ümid edir

Cəmiyyət Materials 22 Yanvar 2007 13:45 (UTC +04:00)

13 aprel 2006-cı il tarixdə Macarıstanda ömürlük həbsə məhkum edilmiş Azərbaycanın Milli Ordusunun zabiti Ramil Səfərov Budapeşt şəhər Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə obyektiv baxılacağına ümid edir. Bu barədə Trend ə Ramil Səfərovun ailəsinin qanuni nümayəndəsi, yanvarın 15-dən 19-dək Budapeştə səfəri çərçivəsində iki dəfə Ramil Səfərovla görüşmüş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İkram Şirinov məlumat verib.

Vəkil bildirib ki, Budapeştə səfəri zamanı ona Ramil Səfərovun apellyasiya şikayətinin fevralın 22-nə təyin edilməsi barədə rəsmi bildiriş təqdim olunub. Hazırda Ramil məhkəməyə intensiv şəkildə hazırlaşır.

"Səfər çərçivəsində həm Ramillə, həm də onun macar vəkili ilə görüşərək məhkəmənin effektiv nəticə verməsi üçün bir sıra məsələləri müzakirə etmişik, ümid edirik ki, onun apellyasiya şikayətinə obyektiv baxılacaq. Səfər çərçivəsində məhkəməyə təqdim olunan bir sıra sənədlərlə tanış olmuşam. Hazırda da Budapeşt şəhər Apellyasiya Məhkəməsinə göndərmək üçün bəzi sənədlər tərtib edirik" - deyə İ.Şirinov qeyd edib.

Xəbər lenti

Xəbər lenti