...

Keçmiş səhiyyə nazirinin işi ilə bağlı məhkəmə baxışı fevralın 22-nə təyin olunub

Cəmiyyət Materials 15 Fevral 2007 19:20 (UTC +04:00)

Keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işi ilə bağlı məhkəmə baxışı fevralın 22-nə təyin olunub. Trend xəbər verir ki, bu barədə qərar Əli İnsanovun məhəməsinə hazırlıq iclasında qəbul edilib.

Hazırlıq iclasında sabiq nazirin və digər təqsirləndirilənlərin vəkilləri çoxsaylı vəsatətlər qaldırıblar. Lakin məhkəmə tərəfindən onların heç birini təmin edilməyib.

Qeyd edək ki, Əli İnsanov dövlət mülkiyyətində olan səhiyyə obyektlərini qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olaraq təqsirləndirilən digər şəxslərlə birlikdə özəlləşdirməkdə, rüşvət almaqda, qanunsuz sərəncamlar verməkdə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında müvəffəqiyyət qazanmayanları külli mirqdarda rüşvət alaraq qanunsuz yolla tibb məktəblərinə qəbul etdirməkdə, vəzifədən sui-istifadə etməkdə təqsirləndirilir. Keçmiş nazir isə özünü bu epizodların heç birində təqsirli bilməyib.

Xəbər lenti

Xəbər lenti