...

AOK prezidenti Bakıya gələcək

Cəmiyyət Materials 17 Fevral 2007 13:46 (UTC +04:00)

Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri Patrik Xikki bu ilin mart ayında Bakıya səfər planlaşdırır.

Trend xəbər verir ki, Milli Olimpiya Komitəsinin MOK) vtitse-prezidenti Çingiz Hüseynzadə azerisport.com-a bildirib ki, qonağın səfəri fevralın 28-nə təyin edilmişdi, lakin iş qrafikinin mürkkəb olması səbəbindən P.Xikki səfərini bir qədər təxirə salmağa məcbur olub.

Ç.Hüseynzadə qeyd edib: "Əvvəlcə AOK prezidenti fevralın sonlarında Bakıya gəlməyi planlaşdırmışdı, lakin sonra planlarını dəyişdi. Amma müəyyən qədər əminliklə demək olar ki, o, mart ayında mütləq Bakıya səfər edəcək. Ona görə çox vaxt qalmayıb".

Qeyd etmək lazımdır ki, P.Xikki səfəri çərçivəsində Azərbaycan prezidenti, MOK prezidenti İlham Əliyevlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti