Gürcüstanın ekologiya naziri David Teşiaşvili Azərbaycana hazırkı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə "quş qripi" ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində iki ölkə arasındakı qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədir.
Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Gürcüstan ekologiya naziri hazırda azərbaycanlı həmkarı Hüseyn Bağırovla görüş keçirir. Nazirin Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşü də planlaşdırılıb.