...

Azərbaycanlı əsirə ailəsi növbəti dəfə məktub göndərib

Cəmiyyət Materials 23 Aprel 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədova ailəsi növbəti məktubu göndərib. Bu barədə Trend ə bazar ertəsi əsirin əmisi Vidadi Məmmədov məlumat verib. Məmmədov bildirib ki, məktubu əsirin anası yazıb. Uzun müddətdir ki, oğlundan məktub ala bilməyən ana Samirdən ailəsinə məktub yazmağı xahiş edib.

Sonuncu dəfə valideynləri Samirdən martın 9-da məktub alıb. Valideynlər indiyədək oğullarının məktub yazmamasını ermənilərin ona təzyiq göstərməsi ilə əlaqələndirirlər.

Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhəddində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti