...

Azərbaycan prezidenti tərəfindən əfv olunmuş məhkum Qobustan həbsxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 30 Aprel 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Prezidentin sonuncu əfv fərmanı ilə barəsindəki ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il azadlıqdan məhrumetmə ilə əvəzlənmiş Kəramət Kərimov Qobustan qapalı həbsxanasından 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə Trend ə bazar ertəsi həbsxananın rəisi Əlizadə Hüseynov məlumat verib. Hüseynov bildirib ki, Kərimov cəzasının qalan hissəsini həmin müəssisədə çəkəcək.

Həbsxanada cəza çəkən məhkum Vaqif Hüseynovun səhhəti ilə bağlı ciddi problemin yaranması ilə əlaqədar yayılan məlumatı təkzib edən rəis bildirib ki, Hüseynov çox yaşlıdır və onun səhhətində hər hansı problemin yaranması təbiidir. Rəisin sözlərinə görə, Hüseynovun səhhəti üçün hazırda elə bir təhlükə yoxdur və o, oğlu Maqsud Hüseynovla bir kamerda saxlanılır.

Xəbər lenti

Xəbər lenti