...

Nazir müavini: "Azərbaycan mədəni dialoqun inkişaf etdirilməsi məramına sadiqdir"

Cəmiyyət Materials 19 May 2007 13:51 (UTC +04:00)
Nazir müavini: "Azərbaycan mədəni dialoqun inkişaf etdirilməsi məramına sadiqdir"

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan ölkə ərazisində yaşayan milli azlıqların mədəni irslərini yaşatmaq hüququnu təmin etməklə, milli azlıqlar arasında mədəni dialoqun inkişaf etdirilməsinin tərəfdarıdır. Bunu şənbə günü BMT-nin Bakı ofisində Ümumdünya mədəniyyət müxtəlifliyi gününə həsr olunuş "Mədəni dialoq yolunda dialoqun əhəmiyyəti" mövzusunda keçirilən Dəyirmi masada çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib.

"Mədəniyyət müxtəlifliyi, müxtəlif mədəniyyətlərin tanınması, qarşılıqlı inam və anlalşma şəraitində əməkdaşlığa hörmətlə yanaşma - bu prinsipləri dünyada sülh və sabitliyin əsas təminatçısı hesab edən dövlətin siyasətində əsas istiqamətlərdən biri mədəni dialoqun inkişafıdır" - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk edərək daha çox həmrəyliyin bərqərar olmasına cəhd göstərir.

Dövlət və ictimai qurumların nümayəndələrinin iştirak etdiyi Dəyirmi masada mədəni irsin qorunması və dialoqun inkişaf etdirilməsi sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti