Azərbaycan, Bakı, 6 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Azərbaycanın tanınmış müğənnisi, "Rast" qrupunun eks- solisti Sevda Ələkbərzadə öz doğma bacısı Emma ilə duet oxuyacaq. Onu da deyək ki, bu, müğənninin ilk duetidir. Mahnı "Son" adlanır. Sabahdan bu mahnı radiostansiyalarda yayımlanacaq. Müğənninin TrendLife-a verdiyi məlumata görə, birinci cəhdinin uğurlu olacağına ümid edir. Və gənc bəstəkar Elvin Musayevin mahnısı onun pərəstişkarlarının könlünü oxşayacaq.