Azərbaycan, Bakı, 7 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Opera və Balet teatrında hazırda yeni balet üzərində iş gedir. Bu haqda "TrendLife"a teatrın mətbuat xidmətindən xəbər verilib. Balet "Qəmli vals" adlanır. Bu balet mövsümün ilk yeni primyerası olacaq. Onu da qeyd edək ki, teatrın repertuarında artıq Aqşin Əlizadənin "Kafqaza səyahət" adlı baleti var. Yeni balet üzərində iş məşhur bəstəkarın 70 illik yubiley tədbirləri çərçivəsində aparılır.