...

Azərbaycanlı voleybolçular Yeltsin Kubokuna hazırlığa başlayıblar

Cəmiyyət Materials 12 İyun 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması bilavasitə gərgin mövsümə hazırlığa başlayıb.

Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin bildirdiyinə görə, aparıcı voleybolçuların milli çempionatlarda və "Azərreyl"in Çempionlar liqasında çıxışı ilə əlaqədər yaranmış kiçik fasilədən sonra yığma iyunun 11-də məşqlərə başlayıb. Milli yaxınlarda Rusiyanın birinci prezidenti Boris Yeltsinin Yekaterinburq və Nijni Taqildə keçiriləcək Kubokunda iştirak edəcək. Kubok oyunları iyunun ikinci yarısından başlayacaq.

Faiq Qarayevin yetirmələri Çin, Hollandiya və Belarusla eyni qrupa düşüb. Bu üzdən də komandamız xeyli əziyyət çəkməli olacaq ki, pley-off mərhələsinə yüksələ bilsin.

Yığmamız üçün əsas turnir sentyabrda Belçika və Lüksemburqda keçiriləcək qitə birinciliyi olacaq.

Xəbər lenti

Xəbər lenti