...

Azərbaycan yığması FİFA reytinqində geriləyib

Cəmiyyət Materials 13 İyun 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığması FİFA reytinqindəki mövqelərini itirib.

İyunda keçirilən seçmə matçlarında uğursuz çıxış edən komandamız altı pillə aşağı düşərək 109-cu yerdə qərarlaşmalı olub. Şahin Diniyevin yetirmələri bu yeri islandlarla bölüşür. Ada təmsilçsinin aktivində də 277 bal var. Bununla belə, yığmamız yenə də qazaxlardan irəlidədir. Millimiz həmçinin Malta, Surinam, Estoniya, Keniya, Salvador və digər ölkələri qabaqlayır.

Reytinq cədvəlinə isə yenə də İtaliya başçılıq edir. İkinci yerə fransızlar yüksəliblər. Braziliya isə üçüncü yerdə qərarlaşır.

Xəbər lenti

Xəbər lenti