...

Azərbaycanda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş 4560-dan artıq şəxs amnistiya tətbiq olunub

Cəmiyyət Materials 20 İyun 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sonuncu Amnistiya aktı azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş 4560-dan artıq şəxsə tətbiq olunub. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Hüseyn Əlixanov məlumat verib.

Əlixanov bildirib ki, Amnistiya aktının azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilmiş 6708 şəxsə şamil olunması nəzərdə tutulub. İdarə rəisinin sözlərinə görə, rəhbərlik etdiyi idarə cərimə, şərti iş, islah işləri, nəqliyyat vasitələrindən istifadə hüququndan məhrum edilməsi və digər cəzalara məhkum edilmiş şəxslərlə bağlı qərarları öyrənir və həmin şəxslərə amnistiya tətbiq edilir.

Ədliyyə Nazirliyinin penitensiar Xidmətindən isə Trend ə bildirilib ki, azadlıqdan məhrum edimiş 1100-dən artıq şəxsə amnistiya tətbiq olunaraq azadlığa buraxılıb. Onlardan bir qismi əcnəbi məhkumlardır.

Sonuncu amnistiya təqribən 9000-dək şəxsə şamil olunacaq. Həmçinin 1500-dək məhkumun bu qanunla azadlığa buraxılacağı nəzərdə tutulub.

"Amnistiya haqqında" qanun 1995-ci ildən bəri verilən 8-ci amnistiya aktıdır. Bundan əvvəl amnistiya 2003-cü ilin mayında faşizm üzərində qələbənin 48-ci ildönümü münasibətilə imzalanmışdı.

14 min nəfərə şamil edilmiş həmin sənədə əsasən 3400 məhkum azadlığa buraxılmış, 2200 məhkumun cəzası yüngülləşdirilmiş, azadlıqdan məhrum edilmə ilə bağlı olmayan 5400 nəfər cəzadan azad edilmiş, 2 min nəfərə münasibətdə cinayət təqibinə xitam verilmişdi.

İndiyə qədər verilmiş 7 amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. 40-dan yuxarı əfv fərmanı ilə 4.378 şəxs bağışlanaraq müxtəlif cəzalardan azad edilib.

Xəbər lenti

Xəbər lenti