...

Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq Qurultayı keçiriləcək

Cəmiyyət Materials 3 İyul 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu ilin sonunda Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq Qurultayı keçiriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitə həmin toplantıya dair hazırlıq işlərinə başlayıb.

Dövlət Komitəsi həmçinin hazırda Dünya Azərbaycanlılarının Xartiyası və Azərbaycan diasporunun fəaliyyət Konsepsiyasının hazırlanması istiqamətində iş aparır. Komitə sədri Nazim İbrahimov bildirib ki, dünyanın əksər ölkələrində hazırda 300-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti