Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələri Təhsil Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürüb. Cümə günü Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə tələbələr Təhsil Nazirliyinə qarşı təhsil hüququnun bərpası və ya vurulan mənəvi və maddi ziyana görə hər bir tələbəyə 50 min manat məbləğində tələb qaldırıb. Tələbələrin nümayəndəsi İntiqam Əliyev Trend ə bildirib ki, iddianın əsasının dəyişdirilməsi ilə əlaqədar tələbələr tələblərini məhkəməyə yazılı təqdim etməlidir. Bu səbəbdən də proses iyulun 23-nə təxirə salınıb.
Müstəqil Azərbaycan Universitetinin 250-yə yaxın tələbəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Müstəqil Azərbaycan Universitetinə qarşı təhsil hüququnun bərpa olunması barədə iddiası Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin olunmayıb. Məhkəmənin 22 yanvar tarixli qətnaməsindən verilən şikayətdə həmin qətnamənin ləğvi tələb olunur.
Təhsil Nazirliyinin qərarı ilə Müstəqil Azərbaycan Universitetinin fəaliyyəti dayandırılandan sonra ali təhsil ocağının bir qrup tələbəsi təhsilini davam etdirmək üçün başqa ali məktəblərə köçürülüb. 250-yə yaxın tələbənin isə təhsil hüququ bərpa olunmayıb