...

Azərbaycanın voleybol yığması "AzərReyl" hələ heyətini gücləndirmək fikrində deyil

Cəmiyyət Materials 14 İyul 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "AzərReyl" növbəti çempionlar liqasına hazırlıq ərəfəsində heyətini gücləndirməyi planlaşdırmır. Milli Federasiyadan Trend ə verilən məlumata görə, hazırkı mövsümdə əsas olan Azərbaycan yığmasının çıxışıdır və yığmanı gələcəkdə Heydər Əliyev adına kubok, Avropa qran-pirisi və Avropa çempionatı gözləyir. Hazırda "AzərReyl"in tərkibi məsələsi aktual deyil. Bu səbəbdən də klubun transfer fəaliyyətindən payızdan əvvəl danışmaq tezdir.

Qeyd edək ki, Vyanada keçirilən çempionlar liqasının qrup mərhələsinin püşkatma prosesində Faiq Qarayevin yetimələri Polşanın "Kalisiya", İstanbulun "Fənərbağça", Rusiyanın "Zareçye" yığması ilə bir qrupa düşüb.

Xəbər lenti

Xəbər lenti