...

Azərbaycanlı boksçular Kubada təlim-məşq toplanışı keçə bilərlər

Cəmiyyət Materials 18 İyul 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks üzrə yığması Çikaqodakı mundiala hazırlıq planları ilə bağlı qəti qərar verəcək.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin bildirdiyinə görə, Kiyev və Minskdəki turnirlərdə iştirakdan sonra (üst-üstə komanda bu turnirlərdə səkkiz medal qazanıb) idmançılar qısa istirahət edəcəklər. Sonra isə Kubada üç həftəlik təlim-məşq toplanışı keçirə bilərlər.

"Ola bilsin ki, boksçular Azadlıq Adasına yollanacaqlar. Burada onlar yerli idmançılarla sparrinqlər keçirəcəklər. Özü də fereasiyalarımız arasında əvvəlcədən bununla bağlı razılaşma var. İstənilən halda hər şey bir neçə gün ərzində bəlli olacaq" - deyə Əbiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti