...

Rəqqasə Fatimə: "Mən rəqslərimlə yaşayıram, o tərəf-bu tərəfə atılmıram"

Cəmiyyət Materials 18 İyul 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx.TrendLife Tayfun Eloğlu/Rəqqasə Fatimənin oxumağı hələ də reallaşmamış qalıb. O, əvvəlki kimi hələ də rəqs edir. Nə olub? Bəlkə zəifdir? Vəziyyəti aydınlaşdırmaq üçün TrendLife rəqqasəyə müraciət etdi. "Bəli, mən bir neçə dəfə oxumağım barədə söhbət etmişəm. Dostlarım gözəl səs tembirimin olmasını deyirlər. Mən rəqslərimlə yaşayıram. Bəziləri kimi həm oxuyub, həm də oynamıram. Düzdür, türk pop-divası Sibel Can da rəqqasəlikdən başlayıb. Amma o, Sibel Candır. Mən isə çalışıram rəqs sahəsində inkişaf edim. Hazırda repertuarımda bir çox xalqların rəqsləri var".

- Yaxın zamanlarda tamaşaçıları nə ilə təəccübləndirəcəksiniz?

- Müəllimim İlham Kərimovla birgə məhşur hind rəqslərini bıçaqla, "Zita və Gita" filmindəki kimi kanat üzərində ifa edəcəyəm.

- Bu nömrələrdə siz bıçaqla kanat üzərində gəzəcəksiniz?

- Yox. Bu çox təhlükəlidir. Sadəcə biz musiqidən istifadə edəcəyik. Musiqinin isə yeni formatını Hindistanda sifariş etmişik.

- Nə üçün adınız həmişə qalmaqallarda və şayiələrdə hallanır?

- Mən buna çox pis baxıram. Neyləyək, bizim xalq kiminsə sümüynü saymağı çox xoşlayırlar. Xanımlar bunu gözəllik salonlarında, kişilər isə çayxanalarda edirlər. Qoy hamı öz işi ilə məşğul olsun. Mən isə yaradıcılığım ilə məşğul olacağam.

- Bizim şou-biznesdə simanı saxlamaq çətindirmi?

- Çox çətindir. Özümü tərifləmirəm, necəyəmsə, elə də qalacağam. Çünki mənim 12 yaşlı qızım böyüyür.

Hesab edirəm ki, nə qədər müasirləşmə getsə də, milli ənənələr qorunmalıdır. Mən rəqqassə olmağıma baxmayaraq, ərəb rəqsləri oynasam belə, örtülü paltar geyinirəm. Çılpaq olmaq isə vulqarlıqdır. Məlumdur ki, qadın örtülü paltarda daha sirli olur.

- Sizin şəxsi həyatınız əvvəlki kimi qurulmamış qalıb?

- Mən artıq heç vaxt heç nə gözləmirəm. Ağ atlı şəhzadə olmayacaq. İndi elə gözəllər var ki, evdə oturub, ərə gedə bilmir, o ki, qaldı mən...

- Belə olmaz. Niyə özünüzü qiymətləndirmirsinz?

- Kim bilirdi ki, ailə quracaq, boşanacağam, sevəcək, ayrılacağam. Mən indi qızımla yaşayıram. O, artıq boyda məni ötüb.

Xəbər lenti

Xəbər lenti