...

Türkiyə hökuməti türkdilli ölkələrlə viza rejimini ləğv etmək niyyətindədir

Cəmiyyət Materials 24 İyul 2007 14:12 (UTC +04:00)

Türkiyə birtərəfli şəkildə türkdilli ölkələrlə viza rejimini ləğv etməyə hazırlaşır. İstanbulda çap olunan "Zaman" qəzetinin verdiyi məlumata görə, Tükiyənin xarici işlər naziri Abdulla Gül bəyan edib ki, müvafiq qərar artıq hazırlanıb və ölkə prezidentinin təsdiqinə təqdim olunmağa hazırdır. "Ferqanə" informasiya agentliyinin verdiyi məlumatda belə deyilir.

Qərar qüvvəyə mindikdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi türkdilli dövlətlərin vətəndaşları Türkiyəyə sərbəst şəkildə səfər edə biləcəklər.

Türkiyə xarici işlər nazirinin verdiyi məlumata görə, bu məsələ bir ay bundan öncə adıçəkilən dövlətlərin səfirləri ilə birlikdə Türkiyədə müzakirə olunub. Gül qeyd edib ki, Gürcüstan, Səudiyyə Ərəbistanı və Küveytin vətəndaşlarına münasibətdə vizasız rejim mövcuddur. "Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək" - deyə Gül əlavə edib.

Xəbər lenti

Xəbər lenti