Trend informasiya agentliyi "Xalq jurnalisti" müsabiqəsinin üçüncü qalibini müəyyən edib. Müsabiqənin ikinci qalibi Bakının məşhur X-city klubundakı partlaytış barədə operativ məlumat vermiş Zair Abdullayev olub.
Birinci yer TREND NEWS şirkətinin veb-saytlarında "Xalq jurnalisti" layihəsi çərçivəsində informasiyanı oxuyanların sayına əsasən müəyyən olunub.
Abdullayevə SonyEricssonK750i markalı mobil telefon hədiyyə olunub.
Müsabiqə davam edir.
Əgər Siz fövqəladə, qeyri-adi və təəccüblü bir halın şahidi olmusunuzsa, bunu foto, yaxud videokamera ilə çəkmisinizsə, həmçinin bir çoxlarını maraqlandıra biləcək informasiyaya sahibsinizsə, "Xalq jurnalisti" müsabiqəsinin növbəti mərhələsinin qalibi ola bilərsiniz.
(+994 50) 440 44 34 nömrəsi və [email protected] ünvanında sizin SMS-məlumatlarınız, eksklüziv foto və videokadrlarınızı (həmçinin mobil telefonla çəkilmiş) gözləyirik. Siz həmçinin materiallarınızı Əziz Əliyev küçəsi 11 (Azərbaycan kineoteatrı yaxınlığında) yerləşən Trend in ofisinə gətirə bilərsiniz.