...

Həbsxanadakı jurnalistlərdən birinin səhhəti pisləşib

Cəmiyyət Materials 25 İyul 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Nota-Bene" qəzetinin redaktoru Fərəməz Novruzoğlunun səhhəti pisləşib. Bu barədə çərşənbə günü Fərəməz Novruzoğlu ilə görüşən qardaşı Qurban Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, iyulun 20-dən aclıq aksiyası keçirən redaktorun çəkisi 79 kq-dan 62 kq-a enib. O bildirib ki, qardaşı həqiqətən də ağzını tikib və ailə üzvlərinin təkidinə baxmayaraq tələbləri yerinə yetirilməyənədək aclığı dayandırmayacağını deyib.

Redaktor ilk növbədə ona müxalifət və müstəqil mətbuatı oxumasına icazə verilməsini, yazdığı məqalələrin mətbuatda dərcinə imkan yaradılmasını, bu yolla qonorar alaraq ailəsini dolandırmasını istəyir. Eyni zamanda, o, beynəlxalq təşkilatların nümayəndələri və İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşməyi və onların iştirakı ilə yanvarda olmuş məhkəmə işinə yenidən baxılmasını tələb edir. Jurnalist bu tələbləri yerinə yetirilmədiyi halda isə vətəndaşlıqdan imtina etmək niyyətindədir.

Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Rafiq Ramazanov Fərəməz Novruzoğlunun aclıq aksiyası keçirdiyini təsdiqləsə də, onun ağzını tikdiyi haqda məlumata malik olmadığını deyib. Ramazanov vurğulayıb ki, açlıq aksiyası keçirən məhbus həkimlərin nəzarətindədir: "Fərəməz Novruzoğlunun tələblərinin nədən ibarət olduğu haqqında məlumata malik deyiləm".

Fərəməz Novruzoğlu bu il yanvarın 30-da iki il müddətinə azdlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti