...

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mahaçqala məscidi imamının dəfnində iştirak edir

Cəmiyyət Materials 27 İyul 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı / Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Dağıstanın Mahaçqala mərkəzi məscidinin imamı, Dağıstan müftisinin müavini Kuramaqomed Ramazanovun dəfnində iştirak edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib.

O bildirib ki, QMİ hadisə ilə bağlı Mahaçqala ilə əlaqə saxlayıb, bir sıra məlumatlar əldə edib. Ağayev bildirib ki, iyulun 26-da Ramazanovun və daha iki nəfərin olduğu "Toyota" markalı ovtomobil Mürsəlov küçəsi ilə hərəkət edərkən partlayıb. Hadisənin sui-qəsd olması maşında aşkarlanan partlayıcı minadan məlum olub.

"Partlayıcı mina maşının arxa oturacağında quraşdırılıb. Partlayıcı qurğu işə düşərkən avtomobildə Kuramaqomed Ramazanov, onun qardaşı və daha bir nəfər sərnişin olub. İki qardaş həlak olub, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb" - deyə QMİ nümayəndəsi məlumat verib.

Ağayevin sözlərinə görə, QMİ-nin adından başsağlığı vermək üçün İdarənin bir nəfər səlahiyyətli nümayəndəsi artıq Mahaçqalaya yola düşüb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti