...

"Mən də varam" müsabiqəsinin vitse-çempionu Zaur Əmiraslanov: "Bizdə pislər bəynilməsə də, yaxşılar da qiymətləndirilmir"

Cəmiyyət Materials 30 İyul 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /müx.TrendLife Süleyman Vəliyev/Space kanalında "Azərbaycanda gənclər illəri" çərçivəsində keçirilən "Mən də varam-3" müsabiqəsi başa çatdı. Müsabiqənin qalibi sms vasitəsi ilə təyin olundu və reper Uran oldu. İkinci yeri klassik Zaur Əmiraslanov, üçüncü yeri isə müxtəlif janrlar ifaçısı Qurban tutdu. Düzünü desəm, tamaşaçılar müsabiqəçilər arasında Zaur Əmiraslanovu görəndə bir qədər təəccüblənmişdilər. Axı o, 2001-ci ildə Tünzalə Ağayeva ilə birlikdə "Bakı payızı" müsabiqəsinin qalibi olmuşdu. Bu və digər məsələlər haqda TrendLife Zaur Əmiraslanovla söhbətləşdi.

- "Bakı payızı" müsabiqəsindən sonra Tünzalə Ağayevadan fərqli olaraq siz estrada da özünüzə yer tapa bilmədiniz. Elə bil ki, kölgədə qalmısınız. Səbəb nədir?

- Yəqinki, o, daha çox tələbkardır. Mən təbiətən belə deyiləm. Həm də bunun üçün maddi imkan böyük rol oynayır. Bu isə məndə yoxdur. Bir müddət əvvəl Tünzalə mənə onunla duet oxumağı təklif etmişdi. İndi isə oturub onu gözləyirəm. Son iki ildə dəyişmişəm, dindar olmuşam. İndi mən hər şeyə başqa gözlə baxıram. Mən həmişə estradaya yol axtarmışam. "Mən də varam" müsabiqəsinin təşkilatçısı İdris sağ olsun ki, bu işdə mənə kömək etdi. 26 yaşım var, əgər Allaha inamım olmasaydı, yəqin ki, bu təklifi qəbul etməzdim. Biz 15 nəfər idik. Düşünürdüm ki, müsabiqə çətin ki, ədalətli keçsin. İndi isə fikirləşirəm ki, yaxşı ki, səhv etmişəm, finala qədər gəlmişəm. İstedad heç vaxt kölgədə qalmır.

- Bəlkə rəqabət aparmaqdan qorxurdunuz?

- Bilirsiniz, mən elə bundan qorxurdum. Amma Allaha çox şükür, hər şey öz yerini aldı. Mən kasıb ailədənəm. Nə etmişəmsə, öz gücümə etmişəm. Pərəstişkarlarıma və məni dəstəkləyənlərə minnətdaram.

- Bu müsabiqədə professional sahədə nə əldə etdiniz?

- Bu layihə mənə bir təkan oldu. Məsələn, reqqi top qrupp olan "klan-a-plan"-nın "iron-bi" janrında kompozisiya oxudum və uğurlu da alındı. İndi isə özümü rok janrında sınamaq istəyirəm.

- Axı sən klassiksən. Öz imicinə xələl gətirə bilərsən...

- Bəyəm bizdə klasika belə yayılıb ki? Klasikada ancaq bir neçə müğənni oxuyur ki, onları da barmaqla saymaq olar. Qalanları isə bayağı parodiyalardır. Müəllimim Xuraman Qasımova deyirdi ki, adi mahnını ariya və ya romans kimi ifa etmək lazımdır. İndi bizdə nə baş verir? Hətta pislər bəynilməsə də, yaxşılar da qiymətləndirilmir. İstedadlılar üzə çıxa bilmirlər. Çünki insanlarda mədəniyyətin səviyyəsi təmamilə enib. Mən özümü də bunda günahlandırıram. Çünki bayağılardan biri önə keçəndə onun qabağını kəsə bilmirəm. Əlbəttə, imkan var, lakin kimdir buna əməl edən. Nəyə görə ifaçıınn birinci yerdə yaradıcılığı yox, onun qalmaqalıdır?

- Yəqin məhz buna görə də Azərin kimilər kölgədə qalırlar.

- Yox, onlar kölgədə deyillər. Sadəcə, onu elit insanlar dinləyirlər. Təəssüf ki, belə insanlar respublikamızda çox azdır.

- Hazırda nə işlə məşğulsan?

- Bu günə kimi üç klip çəkdirmişəm. Bu kliplər adamı fəlsəfi cəhətdən fikirləşməyə məcbur edir. Estrdamızda "ağsaqallarımızdan" biri mən ifa edəndə sir-sifətin turşudur. Siz indi mənim vəziyyətimi təsəvvür edin. Heç olmasa, mən İtaliyada oxumuşam. O isə heç nə görməyib.

- Bəs o kimdir?

- bu insan haqqında danışmaq istəməzdim. Həm də indi yaradıcılığımdan çox "raskrutkamı" fikirləşirəm.

Xəbər lenti

Xəbər lenti