...

"Yuğ" teatrının rejissoru Estoniyaya tamaşa qoymağa gedir

Cəmiyyət Materials 1 Avqust 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Avqustun 6-dan etibarən "Yuğ" teatrının rejissoru Gümrah Ömərov və teatrın baş rəssamı Rəşid Şərif Estoniyada işə başlayacaqlar. Bu haqda "TrendLife"a Mədəniyyət və turizm nazirliyinin mətbuat-katibi Zöhrə Əliyeva xəbər verib. "Uqala" teatrında onlar BSU-nin rektoru Kamal Abdullanın "Kim deyir ki, Hamayun quşu mövcuddur?" pyesinə tamaşa qoyacaqlar. Teatrın direktoru Tərlan Rəsulzadənin "TrendLife"a verdiyi məlumata görə, tamaşa üzərində iş oktyabrın 5-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti