...

Firidun Qurbansoy: "Güclü yağışlar olacaq"

Cəmiyyət Materials 2 Avqust 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /müx. "TrendLife" Vüqar Vüqarlı/ İsti hava şəraitindən Bakı sakinləri əziyyət çəkirlər. Bəs görək yerli şou-biznes əhli bu istilərdə nə edirlər? Məsələn İlqar Sail ancaq sevinir. Onun dediyinə görə "mənim istiyə çox gözəl dözümüm var. Xoşlayıram 40 dərəcə istinin kölgəsində oturub qaynar çay içim. Soyuq havada isə özümü pis hiss edirəm".

Mübariz Tağıyev isə: "Mənim indi o qədər işim, problemim var ki, iqlim sürprizləri mənlik deyil. Həm ev işləri həm də öz işim. Havanın isə necə olacağı ikinci məsələdir" Bəhram Bağırzadə isə bu məsələyə fəlsəfi cəhətdən yaxınlaşdı: "Bizə göndəriəln hava Allah Təala tərəfindən göndərilib. Biz havanın hər şəraitini qəbul etməliyik. Müğənni Günel Ələkbərova isə: "Dəniz xilas edir. Dənizə gedib bir az qaralmaq olar. Bütün pişiklər günü çox sevirlər, həmçinin mən". Mənə isə bu barədə Firidun Qurbansoyun fikri çox maraqlıdır. Onun dediklərinə görə: "Bəli mən belə istilərin olacağını bilirdim. Lakin mənim bağım yoxdur ki, gedim orada dincəlim. Sonra isə güclü yağışlar gözlənilir"

Belə ki, əziz oxucular, gözləyin...

Xəbər lenti

Xəbər lenti