...

İlkin Şahbazov Universiadanın ilk baryerini keçib

Cəmiyyət Materials 11 Avqust 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı taekvondoçu İlkin Şahbazov ( 67 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasının birinci mərhələsini müvəffəqiyyətlə keçə bilib.

Trend in verdiyi xəbərə görə, 1/16 finalda o, "Evro-2006"nın qalibi israilli Tom Xovavı məğlub edib. Görüş kifayət qədər çətin alınıb və buna görə də İlkin qələbə qazanmaq üçün xeyli əziyyət çəkməli olub. Nəticədə idmançımız rəqibi ilə müqayisədə bir zərbə artıq vurub və 3:2 hesabı ilə qələbə qazanaraq 1/8 finala yüksəlib. Burada o, italiyalı Simon Arduni ilə görüşəcək.

Digər təmsilçimiz Arzu Bağırova ( 59 kq) isə ilk görüşdə rusiyalı Gülnafiz Aymuxambetovaya məğlub olaraq mübarizəni dayandırmalı olub.

Xəbər lenti

Xəbər lenti